Fransua Olland prezident seçkilərində səs verib
23 aprel, 2017 13:44
Fransa prezidenti Fransua Olland ölkədə keçirilən prezident seçkilərində səs verib.
1news.az RİA Novostiyə istinadən xəbər verir ki, Olland seçki məntəqələri açıldıqdan iki saat sonra səs vermək üçün ölkənin cənub-qərbində yerləşən Tyul şəhərinə gəlib. Olland 2001-2008-cı illərdə bu şəhərin meri olub.
Qeyd edək ki, Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 66 min seçki məntəqəsi faliyyət göstərir. Seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparır.
İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turuna qatılacaq.
Pərvanə Sultanova