Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edib.
1news.az-ın məlumatına görə, dəyişikliklərə əsasən Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük rüsumundan azad ediləcək.
Hazırda qüvvədə olan qərara görə, 12-ci qrupda (yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, saman və yem, dərman bitkiləri və texniki bitkilər, ) 1209 99 990 0 altkateqoriyadakı digər mallar gömrük dəyərinin 3%-i həcmində gömrük idxal rüsumuna cəlb edilib. Dəyişikliyə əsasən tütün toxumları ayrıca altkateqoriyada göstərilməklə gömrük rüsumundan azad edilir.
Bu kateqoriyadan olan digər mallar isə yenə 3% gömrük rüsumuna cəlb ediləcək. Dəyişikliyə əsasən ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15%-i həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
1news.az