Xəbərlər

Şəhriyar Məmmədyarov Shamkir Chess turnirinə qələbə ilə başladı
21 aprel, 2017 23:38

Shamkir Chess 2017 beynəlxalq şahmat turnirində ilk turun görüşləri keçirilib.

Turnirin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So üzərində qələbə qazanıb.

4 saata yaxın davam edən görüşdən sonra Məmmədyarov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: “Maraqlı oyun izlədik. Debüt “ev tapşırığı” idi. Əslində Soya qarşı heç-heçəyə hazırlaşmışdım. Turnirin reytinq favoritidir. Onunla ehtiyatlı olmaq lazımdır. Uesli So özü qələbə qazanmağıma kömək etdi. Partiyanın sonunda ciddi səhvə yol verdi. Bu səhvi görməmək olmur. Həmin gedişdən istifadə edərək qələbə qazandım. Şəmkir turnirinə qələbəylə başladığıma görə sevinirəm. Rəqibin üstünlüyü var idi. Ona görə partiya zamanı qələbə haqqında düşünmürdüm”.

Sumqayıt şahmat məktəbinin yetirməsi dostu, komanda yoldaşı Rauf Məmmədovun onunla birlikdə Şəmkirə gəlməsini belə izah edib: “Rauf Məmmədov dostumdur. Uzun illər millidə birgə çıxış edirik. Şəmkirdə həm turniri izləyir, həm də mənə kömək edir”.

Əslən Filippindən olan Uesli So Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla görüşdə üstün vəziyyətdə olduğunu bildirib: “Üstünlüyüm var idi. Qələbə üçün bir neçə dəqiq gediş etməliydim. Məmmədyarov yaxşı şahmatçıdır. Səhvdən istifadə etdi. Ağ fiqurlarla məğlub olmaq ciddi məsələdir. Sonuncu dəfə 2015-ci ildə İspaniyada keçirilən turnirdə məğlub olmuşam. Bilbao superturnirindən sonra uduzmamışdım. Uğurlu seriyam başa çatdı. Qarşıda 8 tur var. Əsas mübarizə irəlidədir”.

Qeyd edək ki, Vüqar Həşimov Memorialı aprelin 30-da başa çatacaq.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.