Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 21-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1397 qəlpə, 1 ədəd 70 millimetrlik tank əleyhinə “PQ-7VM” raketi və 1 tank əleyhinə “TM-57” minası aşkar ediblər. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 57 min 559 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan 1news.az-a verilən məlumata görə, 63 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi doqquz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 103 min 746 kvadratmetr ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən aprelin 21-dək 5133 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 162 min 430 kvadratmetr ərazi yoxlanılıb.
1news.az