Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən aprel ayının 27-də Lənkəran şəhəri Mədəniyyət Mərkəzində (Zərifə Əliyeva küçəsi, 99) Cənub rayonlarından olan sakinləri qəbul edəcək.
1news.az-ın məlumatına görə, saat 10:30-da başlayacaq qəbulda Lənkəran şəhəri ilə yanaşı Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar iştirak edə biləcəklər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur: http://mct.gov.az/news-details?id=4802
Babək Cahandarov