Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini David Dondua arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə hər iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri və Azərbaycanın əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.
Dövlət sərhəd xəttinin keçməsi ilə əlaqədar məsələlərə baxılıb və Komissiya çərçivəsində gələcəkdə müəyyən sənədlərin işlənib-hazırlanması məqsədilə fikir mübadiləsi aparılıb.
Keçirilmiş məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi və Komissiyanın növbəti iclasının Tbilisi şəhərində keçirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi barədə razılığa gəlinib. Görüşün vaxtı diplomatik kanallar vasitəsilə müəyyən ediləcəkdir.
Pərvanə Sultanova