Xəbərlər

BANM və Heriot-Vatt Universiteti arasında birgə magistr proqramı qəbul edilib
18 aprel, 2017 12:54

Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın Heriot- Vatt Universiteti ilə birgə “Neft-qaz mühəndisliyi” ixtisasının “Yatağın qiymətləndirilməsi və idarə olunması” ixtisaslaşması, “Kimya mühəndisliyi” ixtisasının isə “Neft və qaz texnologiyası” ixtisaslaşması üzrə magistratura  səviyyəsinə 2017/2018-ci tədris ili qəbul elan edib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,  Dövlət İmtahan Mərkəzinin qəbulla bağlı keçirəcəyi müsabiqədə BANM-in müvafiq ixtisaslarının məzunları, digər ali məktəblərdə müvafiq ixtisaslar üzrə ingilis dilində təhsil almış bakalavrlar və xarici ölkələrin universitetlərinin müvafiq ixtisaslarını bitirmiş mütəxəssislər iştirak edə bilərlər.

Dövlət İmtahan Mərkəzinin Ali Məktəbdə sözügedən ixtisas üzrə bakalavriat səviyyəsində tədris edilən peşə və ixtisas fənlərinin məzmunu əsasında tərtib olunmuş proqram üzrə təşkil edəcəyi test imtahanlarının nəticəsi əsasında ixtisaslara ümumi 21 bakalavrın qəbulu nəzərdə tutulub.

Təhsil İngilis dilində aparılacaq, magistr dərəcəsi alan məzunlara Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin diplomları veriləcək. Təhsil ödənişsiz əsaslarla dövlət sifarişi çərçivəsində həyata keçiriləcək. Təhsil müddəti 1,5 ildir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.