Xəbərlər

Cocuq Mərcanlıda tank əleyhinə 20 mina partladıcısı aşkar olunub - FOTO
18 aprel, 2017 23:08

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1456 qəlpə, 20 tank əleyhinə “TM-57” minasının partladıcısı (MVZ-57) və 1 ədəd “TM-57” minasının gücləndiricisini aşkar edərək zərərsizləşdiriblər. Ümumilikdə 45 min 236 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, 60 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi səkkiz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 935 min 360 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 18-dək 5131 partlamamış hərbi sursat, tank əleyhinə 103 mina və piyada əleyhinə 9 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 1 milyon 992 min 474 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.