Xəbərlər

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib
18 aprel, 2017 20:32

Əmlak Məsələləri Dövlət Komitəsi 18 apreldə dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.

Komitədən 1news.az-a verilən məlumata görə, budəfəki hərracda 2 kiçik dövlət müəssisəsi və 14 qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 6-sı paytaxtda 8-i isə regionlarda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, 1-i Nərimanaov, 1-i Nizami, 1- Sabunçu sonuncusu isə Yasamal rayonu ərazisindədir.    

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 2 kiçik dövlət müəssisə Zaqatala və Qax rayonunda yerləşir. Elə hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak  Zaqatalada yerləşən Barama Toxuma zavodu oldu. Adı çəkilən əmlak 510 min 750 manata özəlləşdirildi. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özələşdirilib. Torpaq sahəsi 18 min 350 kv.m təşkil edir. Növbəti kiçik dövlət müəssisəsi Qax rayonunda yerləşən Topdan satış müəssisəsidir. Özəlləşdirilməyə açıq elan edilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat və   müxtəlif iqtisadi sahələrə aiddir.

Bölgələrdə özəlləşdirlən 8 qeyri yaşayış sahəsindən 2-si Daşkəsən, 2-si Göyçay, 2-si Sumqayıt,1-i Mingəçevir, 1- isə Ağdaş rayonunda yerləşir. Özəlləşdirilən əmlaklarıın sahəsi 30-133 kv.m arasında dəyişir. 

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, Zaqatalada yerləşən Barama Toxuma zavodu kimi əmlaklarınn özələşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı həm də  yüngül sənayenin inkişafına töhvə verir. Bu isə daxili geyim təlabatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımız aradan qalxamasına səbəb olur. Eyni zamanda ölkədən vəsait çıxmamaqla yanaşı bu, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır. Bundan başqa özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsidə bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensıalının artmasına şərait yaradır.  Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir.  Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.

Komitə tərəfindən növbəti belə hərrac 25 aprel tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1517

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.