Cahangir Məmmədlinin 12 illik sədrliyi bitdi, yeni sədr gəldi - FOTO
18 aprel, 2017 17:08
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.
1news.az “Report”a istinadən xəbər verir ki, iclasda təşkilati məsələyə baxılıb.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.
Qeyd edək ki, 62 yaşlı M.İmanov Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüdür.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri vəzifəsini 12 ildir Cahangir Məmmədli həyata keçirirdi. Onun səlahiyyət müddəti başa çatıb.
1news.az