İranda Ordu Günü qeyd olunur
18 aprel, 2017 13:13
Aprelin 18-də İran İslam Respublikasında Ordu Günü qeyd olunur. İran silahli qüvvələrinin yaranması günü münasibətilə hərbi parad keçirilib.
Hərbi paradda çıxış edən Prezident Həsən Ruhani bəyan edib ki, İran Ordusunun gücü və qüdrəti heç bir ölkəyə qarşı yönəlməyib. Ordunun gücü yalnız ölkənin müdafiəsi üçündür.
Prezident diqqətə çatdırıb ki, bəzi dövlətlərin orduları beynəlxalq terrorçuluğa dəstək verirlər. İranın bütün dövlətlərlə yaxşı əlaqələr qurmaqda maraqlı olduğunu bildirən Prezident qonşu dövlətlərlə münasibətlərə xüsusi əhəmiyyət verildiyini vurğulayıb.
AZƏRTAC