Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
17 aprel, 2017 20:56
Aprelin 17-də axşam 22:00-dan etibarən paytaxtın Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küçəsi, “Ramstore” yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə 1news.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.
Aparılacaq işlər çərçivəsində sözügedən ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.
1news.az