ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Bakı Şopinq Festivalı ilə bağlı fikirlərini bölüşüb.
1news.az-ın festivalın saytına istinadən məlumatına görə, M.Brayza bildirib ki, Bakıda Şopinq Festivalının keçirildiyini eşitmək çox xoşdur:
“Məncə, festival boyu “Tax Free” sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb”.
Keçmiş səfir əmindir ki, xarici turistlərin Azərbaycana cəlb olunması baxımından festivalın önəmi böyükdür: “İrandan və bəzi Ərəb ölkələrindən Azərbaycana əvvəllər də turistlər az gəlmirdi. Bu festivalla isə Dubaydan fərqli yer axtaran bu ölkələrdən Azərbaycana gələn turist kontingenti artacaq. Ümumiyyətlə, başqa ölkələrdən də festivalla maraqlanıb, Azərbaycana gələn turistlərin sayı artacaq”.
Pərvanə Sultanova