Hələbdə güclü partlayış olub, 100-dən çox adam ölüb
16 aprel, 2017 14:23
Suriyanın Hələb şəhərində daha bir terror aktı törədilib.
1news.az-ın məlumatına görə, hadisə şəhərin qərbində, şiələrin yaşadığı ərazidə baş verib. Belə ki, terrorçular Fua və Kefrayadən təxliyə edilən insanları daşıyan avtobus karvanına hücum ediblər.
Bölgələrdən gələn karvanın Rəşidində nəzarət məntəqəsində gözlədiyi vaxt minalanmış avtomobillə partlayış törədilib.
Partlayış nəticəsində 100-dən çox adam ölüb, xeyli sayda insan isə yaralanıb.
Yaralananlar xəstəxanalara təcili yardım maşınları, pikaplar və hər cür avtomobillərlə daşınıb.
1news.az