34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürüb
14 aprel, 2017 16:58
Yardımlı rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib.
23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb.
Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb.
N.Təhməzov tutulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
1news.az