Tibb elminin apardığı araşdırmalara görə, xəstəliklərin bir çoxunun səbəbi dişlərlə, ağızla əlaqədardır.
Belə ki, yaxşı təmizlənməyən ağızda, diş aralarında qalan yemək qırıntıları ağızın qoxumasına, saysız mikrobların törəməsinə və xəstəliklərin meydana gəlməsinə səbəb olur. Diş arasında qalan yemək hissələri turşuya çevrilən dişin çürüməsinə, diş əti xəstəlikləri ilə yanaşı, eləcə də mədə, ürək və bir çox xəstəliklərə yol açır.
Müasir dünyamızda elm, texnika inkişaf etdiyi üçün müxtəlif diş fırçaları mövcuddur. Bu fırçalar müxtəlif heyvan tüklərindən hazırlanır. Lakin bir məyusedici məqam da var ki, bu fırçalar dişlərimizə heç də sağlamlıq bəxş etməyərək, dövrün sağalmaz xəstəliyi hesab edilən xərçəngə də yol açır. Baxmayaraq ki, fırçalar xərçəngə yol açan səbəblərdən biridir bir çoxlarımız bahalı və gözoxşayan fırçaları almağı daha üstün bilir.
Misvak
Çoxlarımıza məlum olan misvak (və ya sivak) – ovmaq, ovalamaq və bunu etmək üçün istifadə edilən əşya mənasındadır. Termin olaraq isə dişlərdə və dişlərin ətrafında olan sarılığın və buna bənzər digər şeylərin təmizlənməsi məqsədilə misvak ağacından düzələn çubuğun və buna bənzər şeylərin istifadəsi deməkdir.
Misvak əsasən diş fırçalama vasitəsi hesab edilərək diş, diş əti və ağız qoxusuna qarşı faydalıdır. Lakin alimlərin, xüsusilə vurğulamaq istərdim ki, Qərb alimlərinin (çünki yerli və ya Şərq alimlərini yazasaq heç kəs bəyənməz, ciddi qəbul etməz) son araşdırmalarına görə, misvakın digər faydaları da var. Belə ki, müntəzəm istifadə edilən misvak ağızda 750 zərərli bakteriyaların məhv olmasına gətirib çıxarır. Çünki misvak antibakterial xüsusiyyətə malikdir.
ABŞ-ın Pubmed Tibb Xidmətlərinin apardığı araşdırmalara görə, misvakla edilən diş təmizliyi diş fırçasından daha üstündür. Belə ki, misvak diş və diş əti xəstəliklərinin azalmasına səbəb olur.
Dişə xeyri ilə yanaşı misvak qan laxtalanması, öd kisəsi, revmatizm üçün də yaxşı vasitədir. Misvak köku və qabığı qaraciyərin sağlamlığı üçün də faydalıdır. Asma və öskürək zamanı misvak qaynadılaraq içilir. Misvak immun sistemimizi möhkəmlədərək bədənimizin müqavimətini artırır.
Misvakın faydalarını sadalamaqla bitməz. İslam dini misvak haqda 14 əsr öncə danışsa da, müasir dövrdə çoxlarımız bu vasitəni bəyənməyərək istifadə etmirik.
Maraqlı məqamdır ki, İslamın bir çox adətlərini hazırda – XXI əsrdə Avropa bilərək və ya bilməyərəkdən araşdırma apararaq bizlərə təqdim edir. Son vaxtlar sağlamlığı qorumaq üçün Qərb sosial şəbəkələrində bir çox maraqlı reklam çarxları yayılıb: ayaqyoluna necə getmək, suyu necə içmək, yemeyi nə ilə qarışdırmaq və sairə. Halbuki bütün bunları 1400 il əvvəl İslam aləminin peyğəmbəri Məhəmməd bizlərə tövsiyə etmişdi.
S.Xankişiyeva