Xəbərlər

Sosial mənzillərin şərtlərinə uyğun gəlməyənlər nə etsinlər? –Araşdırma
14 aprel, 2017 14:30

Cəfərovlar ailəsi uzun müddətdir kirayədə yaşayır. Ailə sosial mənzillərin tikintisi ilə bağlı qərarı böyük sevinclə qarşılasa da, şərtlər açıqlandıqdan sonra mənzilə sahib olmaqdan ümidlərini tamamilə kəsiblər.

 Çünki onlar heç bir sosial kateqoriyaya daxil deyillər. Ailənin başçısı hesab edir ki, kateqoriyaların müəyyənləşdirlməsi ədalətli deyil: “Biz ayda kirayəyə ödədiyimiz məbləği sosial mənzil üçün ödəyə bilərik. Amma güzəştli mənzil almaq hüququndan məhrumuq”. Cəfərovlar ailəsi kimi minlərlə evsiz ailə var ki, onlar da müəyyən edilmiş kateqoriyalara uyğun gəlmirlər. Narazılıq yaradan həm də müraciət üçün 35 yaşın müəyyən edilməsidir.

Qeyd edək ki, sosial mənzil almaq istəyənlər may ayının 1-dən elektron müraciət edə biləcəklər.

Güzəştli mənzili kim ala bilər?

Təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ olan gənc ailələr sahib ola biləcək. Bunlar şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır. Gənc ailə üçün yaş həddi 35-dir.

Həmçinin, yaşından və ailə vəziyyətindən asılı olmayraq elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər.

Sosial mənzillər bir, iki və üç otaqlı olmaqla inşa edilir. Bir otaqlı mənzil üçün qiymət təxminən 130-150,  2 otaqlı üçün 200-210 manat, 3 otaqlı üçün isə 300- 320 manat olacaq. İlkin ödəniş 10 faiz təşkil edəcək. Yasamalda inşa edilən sosial binalarda təxminən 1900  mənzilin istifadəyə veriləcəyi gözlənilir.

“Bir neçə evin pulunu mükafat kimi alanı sosial kateqoriyaya salmaq düzgün deyil”

İqtisadçı ekspert  Samir Əliyev də hesab edir ki, əslində bu, sosial evlərdən daha çox ucuz evlər kateqoriyasına uyğun gəlir:

“Yəni sosial evlərin mahiyyəti bir qədər fərqlidir və bu bizim qanunvericilikdə də əksini tapıb. Burada əsas məqsəd aztəminatlı təbəqəni evlə təmin etməkdir. Əgər layihə sosial xarakterlidirsə, onda sosial baxımdan aztəminatlı insanlar hədəfdə olmalıdır. Kimsə yarışlarda yer tutursa, bir neçə evin pulunu mükafat kimi alırsa, onları bu kateqoriyaya salmaq düzgün deyil. Bu, artıq sosial baxımdan zəif olan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq kateqoriyasından onsuz da sosial vəziyyəti yaxşı olan kateqoriyanın vəziyyətinin daha da yaxşılaşdırılması kateqoriyasına keçir. Mənzillər mütləq şəkildə hansısa tanınmış adama yox,  gəlirləri az olan, sosial baxımdan həssas təbəqəyə verilməlidir”.

Ekspert əlavə edib ki, xarici ölkələrdə sosial evlərə münasibətdə normativlər var:

“Bizdəki “xruşovkalar” tam sosial ev statusuna uyğun gəlir. Yəni sosial ev insanların yaşaması üçün minimal tələbatı ödəyirdi. Məsələn, komersiya şirkətlərinin tikdiyi evlər 100-200 kv metrdir. Bu, sosial ev ola bilməz. Sosial evlər eyni standartlar əsasında tikilməlidir. Yəni geniş evlər olmalı deyil. Bütün bu amilləri nəzərə alsaq, sosial evlər ucuz başa gəlməlidir. Hətta mən deyərdim daha ucuz.  Torpaq dövlət tərəfindən verilib, əlavə xərclər yoxdur, ona görə daha ucuz olmalıdır. Amma görünür ki, burda da daha çox gəlir əldə etmək məqsədi özünü göstərir, nəinki əhalini sosial evlə təmin etmək məqsədi”.

Əsas kriteriya kimi yaş deyil, sosial gəlirlik səviyyəsi götürülməlidir”

S.Əliyev düşünür ki, gələcəkdə şərtlərin dəyişdirlməsinə ehtiyac var: “Şərtlər yüngülləşdirilməli, əhatə dairəsi genişləndirilməli, ünvanlı olmalıdır. Yəni sosial baxımdan yaşayış səviyyəsi aşağı olan insanlara yönəlik siyasət olmalıdır. Bu, ayda 1000-2000 manat maaş alanlar üçün olmalı deyil. Ona görə də əsas kriteriya kimi sosail gəlirlik səviyyəsi götürülməlidir, yaş iknci üçüncü dərəcəli olmalıdır. Gələcəkdə müəyyən işbazların kommerisya fəaliyyətinə çevrilməməsi üçün maksimum şəffaflıq və ünvanlılıq olmalıdır”.

Qeyd edək ki, məsələ sosial şəbəkələrdə də müzakirəyə çıxarılıb və insanlar həm kateqoriyalar, həm aylıq ödəniş, eyni zamanda yaş senzinin müəyyən edilməsindən narazılıqlarını bildiriblər..

Məsələn,  Kəmalə Mahmudova adlı istifadəçi yazır: “...Ipoteka bundan sərfəlidi....Bu evi almağa insanların gücü çatmır. Kasıb, bədbəxt yenə evsiz qaldı. Sadəcə gözümü çəkim”

Pərviz Əliyev isə yazıb ki, çox təəssüf ki, bu evlər sosial ola bilməyəcək,  minimum əmək haqqının fonunda bunun nəyi sosialdır axı...

Ruslan Hüseynov: “ 35 yaş olmağı pisdir, yaşı 35-dən yuxarı yüzlərlə ailə var ki, evi yoxdur”

İlqar Huseynzadə “Biz neçə ildir ki, kirayədə qalırıq. Bu yaxınlarda 36 yaşım oldu. 11 illik müəllim stajina görə ala biləcəkdim. Təəssüf ki, yaşım düşmədi. Belə çıxır ki, ömrümün axırına kimi kirayələrdə qalacam”.

Ələkbər Ağayev: “Mənim aylıq 200-250 AZN ödəniş etmək imkanım var, indi onsuz da kirayədə qalıram. Həmin pulu kirayə üçün ödəyirəm. Şərait yaratsınlar o pulu sosial mənzil üçün ödəyim, mənim də evim olsun. Amma təəssüf ki, heç bir kateqoriyaya düşmürəm. Axı niyə?

Pərvanə Sultanova

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.