Xəbərlər

Xəzərdən başlayan su səyahətinin Sabirabad mərhələsi şəhər sakinlərinə bayram əhval-ruhiyyəsi bəxş edib - FOTO
13 aprel, 2017 23:12

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şirvandan sonra növbəti dayanacağı aprelin 13-də Sabirabad rayonu olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Kür və Araz çaylarının qovuşduğu məkandan - Suqovuşan hövzəsindən su götürülüb. İdmanın qaydasız döyüş növü üzrə dünya çempionatının qızıl medalçısı Azad Əsgərov, sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyev və Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi, futbol və rəsm həvəskarı Tahir Quliyev “Bakı-2017”nin misdən hazırlanmış qabını su ilə doldurub, axşam saatlarında şəhərdəki Heydər Əliyev parkında keçiriləcək su festivalına yola düşüblər.

Sonra Sabirabad şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil olan “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, layihənin rəhbəri Ülviyyə Ələkbərova, Oyunların ulduz səfirləri, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin idman həyatında mühüm hadisə olduğunu qeyd edib, gənc idmançılara qələbə sevinci arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə 3 və 6-cı sinif şagirdləri arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Axşam saatlarında isə Sabirabad şəhərindəki Heydər Əliyev parkında su festivalı keçirilib.

Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib.

Festivalda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Sabirabad mərhələsindən bəhs edən videoçarxlar nümayiş etdirilib, Xəzər dənizindən götürülmüş suyun Sabirabad şəhərinədək keçdiyi səyahət yoluna nəzər salınıb.

Sonra su qabını daşıyan sabirabadlı idmançılar alqış sədaları altında səhnəyə dəvət olunublar.

Mərasim iştirakçıları “Mirvari” rəqs qrupunun, Sərxan Baxşıyev, Zoya Məmmədova və Şamil Ağayevin ifalarını alqışlarla qarşılayıblar.

Su festivalı möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət 37 gün davam edəcək və mayın 12-də Bakıda açılış mərasimi ilə başa çatacaq. Ölkənin müxtəlif yerlərindən olan uşaqlar göl və çaylardan, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən artıq dövlətini Oyunlarda salamlayacaqlar.

“Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı aprelin 15-də Ağcabədi rayonu olacaq.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.