Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
13 aprel, 2017 19:32
Sabah Bakının Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, Bakı şəhəri Pirallahı rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 14 aprel 2017-ci il tarixdə saat 07:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az