Hamıya məlumdur ki, yol polisləri mütəmadi olaraq avtobus sürücülərinə qarşı reydlər keçirir və sənədləri olmayan sürücülər aşkaralanır.
1news.az xəbər verir ki, problemin qarşısının alınması üçün istər Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), istər Bakı Nəqliyyat Agentliyi (BNA), istərsə də digəadiyyəti qurumlar tərəfindən addımlar atılsa da hər dəfə belə sürücülərə rast gəlinir.
Çox təəssüf ki, belə sürücülər ucbatından ölümlə nəticələn qəzalar baş verməkdədir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayıs Ağayev 1news.az-a açıqlamasında deyib ki, sürücülərlə bağlı problemlər çoxdur. Başlıca problem isə sənədlərlə bağlıdır:
“Əksəriyyətinin sənədləri düz deyil. Həmçinin, sürət həddini aşan, sərnişinlərlə davranışda etik qaydaları pozan sürücülər də var. Bu problemlərin həlli üçün BNA-nın tərkibində Sürüc Təlim Mərkəzi yaradılıb. Orada daşıyıcı şirkətlərin nümayəndələrinə və sürücülərə təlimlər keçirilir. Bu təlimlərə sərnişin daşıyan bütün avtobusların sürücüləri cəlb ediləcəklər”.
Agebtlik sözçüsü məlumat verib ki, iş təcrübəsindən asılı olmayaraq bizim təlimlərdə iştirak etməyən və sertifikat almayan sürücülərə marşrutda işləməyə icazə verilməyəcək:
“Məsələn, bir sürücü 15-20 ildir avtobus sürə bilər. Amma hələ də hansısa qaydaları pozursa, gəlib təlimlərdə keçmirsə, ona avtobus sürməyə icazə veriulməyəcək. İnanıram ki, bu təlimlər başa çatdıqdan sonra bu sahədə olan problemlərin ən azı 90 faizi həll olacaq”.
Fərid Ədalət