Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) arasında hava uçuşlarının sayının artırılması planlaşdırılır.
Bu barədə 1news.az-a ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov məlumat verib. Onun sözlərinə görə, cari ilin iyun ayının 1-də “Flydubai” Qəbələyə birbaşa uçuşlara başlayacaq.
Bundan əlavə, həmin tarixdən “Airarabia” aviaşirkəti Şarja-Bakı marşrutu üzrə gündəlik reyslər həyata keçirəcək:
“Şarjanın 2 milyon yarım əhalisi var, böyük turizm potensialına malikdir. Hazırda reyslər həftədə 4 dəfə həyata keçirilir, iyunun 1-dən isə gündəlik uçuşlara başlanacaq”.
Səfir vurğulayıb ki, “Airarabia” ilə Gəncə və Naxçıvana birbaşa uçuşların həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır. BƏƏ-nin paytaxtı Əbu Dabi ilə də birbaşa reysin açılması nəzərdə tutulub.
Pərvanə Sultanova