Xəbərlər

Dünyanın ən böyük smartfon istehsalçısı kimdir? - Reytinq
12 aprel, 2017 23:10

“TrendForce” analitik şirkəti cari ilin birinci rübündə dünyada 307 milyon smartfon buraxılmasını və bunun əvvəlki rübdən 23 faiz az olmasını açıqlayıb.

1news.az ICTnews-a istinadən xəbər verir ki, hesabat dövründə “Samsung” şirkəti bazarın 26,1 faizinə sahib çıxaraq birinci yeri tutub.

Bu, ötən rübdə Cənubi Koreya istehsalçısının payının 18,5 faiz olması nəzərə alınmaqla böyük artım hesab olunur. İkinci yeri tutan “Apple” şirkətinin payı, əksinə, 20,3 faizdən 16,9 faizədək azalıb.

Üçüncü yerdə qərarlaşan Çinin “Huawei” istehsalçısının bazar payı dəyişməz (əvvəlki 11,3 faizə nisbətdə 11,4 faiz) qalıb. Sonrakı pillələrdə “Oppo” (8,8 faizdən 8,1 faizədək azalma), “Vivo” (7,1 faizdən 6,2 faizədək azalma), “LG” (5,8 faizdən 4,6 faizədək azalma) şirkətləri yer alıb.

Çinin smartfon istehsalçıları arasında isə mütləq lider 24,7 faiz payla “Huawei” şirkətidir, ikinci və üçüncü yerdə müvafiq olaraq “Oppo” (17,6 faiz) və “Vivo” (13,4 faiz) qərarlaşıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.