Paytaxtda iki nəfərin ölümünə səbəb olan uçqunla bağlı cinayət işi başlanıb.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya məlumat verib.
Onun sözlərinə görə, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Şıxov qəsəbəsində “Green City” istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunda 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Mövzu ilə bağlı:
Bakıda istirahət mərkəzi uçub: ölənlər var
Bakıda istirahət mərkəzində baş verən uçqunda ölənlərin adları məlum olub
1news.az