Döydü, çılpaq şəkillərini yayacağı ilə şantaj etdi - Bakıda hadisə
12 aprel, 2017 14:28
Bakı sakini döyülərək şantaj edilib.
1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Bakı şəhər sakini olan bir nəfər Nəsimi RPİ 22-ci PB-yə müraciət edərək paytaxt sakini olan Rövşən Xankişiyev tərəfindən döyüldüyünü, çılpaq şəkillərini çəkib sosial şəbəkədə yayacağı ilə hədələyərək ondan 1000 manat pul tələb etdiyini bildirib.
22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Xankişiyev tutulub.
1news.az