“Bulvar”da gənc oğlan intihar edib
11 aprel, 2017 12:35
Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
1news.az