Ötən il dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Yasamal Yaşayış Kompleksinin ilk 9 mərtəbəli yaşayış binasının və ərazidə yerləşəcək 960 yerlik ümumtəhsil məktəbinin təməli qoyulub.
1news.az xəbər verir ki, bu barədə Prezident Yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev məlumat verib.
Onun sözlərinə görə, hazırda Kompleksin tikintisi sürətlə davam etdirilir:
“İkibloklu 9 mərtəbəli yaşayış binasının artıq 3-cü mərtəbəsi, ümumtəhsil məktəbinin isə 2-ci mərtəbəsi tikilməkdədir.
Bununla yanaşı hazırda Kompleksin daha 15 yaşayış binasının tikintisinə başlanılıb. İlk mənzillər 2018-ci ilin yay aylarında tam hazır olacaq”.
S.Nuriyev deyib ki, bu ay növbəti 7 binanıb tikintisinə başlanacaq:
“Bu işə 20-dən çox özəl şirkətin cəlb olunması nəzərdə tutulub. 2000-2500 yeni iş yeri yaradılacaq.
Artıq növbəti layihə olan Hövsan Yaşayış Kompleksinin baş planı üzərində iş aparılır. Hövsanda sosial mənzillərin tikintisi üçün 20 hektar torpaq sahəsi ayrılıb. Orada 3 min mənzilin tikintisi nəzərdə tutulub”.
Babək Cahandarov