İrana qarşı sanksiyaların müddəti artırıldı
11 aprel, 2017 23:23
Avropa Birliyi İranda insan haqqları ciddi şəkildə pozulduğuna görə bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların müddətini artırıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sanksiyalar 2018-ci il aprelin 13-nə qədər uzadılıb.
Sanksiya 1 şirkət və 82 nəfərə şamil olunub.
Qeyd edək ki, İrana qarşı sanksiyalar ölkədə mitinq iştirakçıları, jurnalistlər və insan hüquqlarını müdafiə edən şəxslər təzyiq altında saxlanıldığına görə 2011-ci ildən tətbiq olunmağa başlayıb.
1news.az