Bakıda bina uçur - Sakinlər üçün çadırlar quruldu - VİDEO
11 aprel, 2017 09:58
Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır.
1news.az xezerxeber.az-a istinadən məlumat verir ki, “Energetika” pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən boşaldılıb, bina sakinləri təxliyə edilib.
Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlar üçün binanın həyətində 70-yə yaxın çadırlar qurulub.
Ərazi olaraq FHN əməkdaşlarının nəzarətinə götürülüb.
1news.az