Fransada müsəlmanlara qarşı növbəti addım
11 aprel, 2017 21:03
Fransanın Sena və Marna departamenti Torsi rayonunda məscidin bağlanması barədə qərar qəbul edib.
1news.az Trend-ə istinadən xəbər verir ki, məscidin bağlanmsı ilə bağlı Fransa DİN rəhbəri Mattias Fekl bəyanat verib.
Bəyanatda məscidin bağlanmasının səbəbi olaraq göstərilir ki, məsciddə radikal ideologiya təbliğ olunurmuş, eyni zamanda cihada çağırışlar səsləndirilib.
Qeyd edək ki, ötən həftə DİN rəhbəri Fransanın Ero rayonu ərazisində yerləşən məscidin bağlanması barədə qərar vermişdi. Həmin məscidin də bağlanmasının səbəbi olaraq radikal ideologiya və diskrimansiyanın təbliğ edilməsi gösətrilmişdir.
1news.az