İcra başçısının qaynı intihar edib
11 aprel, 2017 20:40
Bakıda intihar hadisəsi baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Sulutəpə qəsəbəsində qeydə alınıb
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb.
Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Məlumata görə, M. Əliyev təqaüddə olan polis işçisidir. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Onu da qeyd edək ki, M. Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaynıdır.
1news.az