Misirdə üçgünlük matəm elan edilib
09 aprel, 2017 20:52
Misirdə İsgəndəriyyə və Tantada kilsələrində baş verən partlayışlar ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.
1news.az Trend-ə istinadən xəbər verir ki, bu haqda "Dot Маср" xəbər portalı xəbər verir.
Qeyd edək ki, aprelin 9-u Misirdə Tanta və İsgəndəriyyə şəhərlərindən bir neçə saat fərqlə iki partlayış baş verib. Partlayışlar nəticəsində 40 nəfərdən çox adam ölüb.