Bakı-Qazax magistralında mikroavtobus qəzaya uğrayıb, yaralılar var - FOTO
09 aprel, 2017 12:29
Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində, Borsunlu kəndi ərazisində mikroavtobus qəzaya uğrayıb.
1news.az APA-ya istinadən xəbər verir k, eyni istiqamətdə hərəkətdə olan “Mersedes” markalı mikroavtobus və “Mersedes” markalı minik avtomobili toqquşub.
Gəncə-Yevlax marşrutunda fəaliyyət göstərən mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı sürücü 1974-cü il təvəllüdlü Bayramov Vüqar Faiz oğlu ağır yaralanıb.
Sərnişinlərdən 1960-cı il təvəllüdlü Nəcibə Şirinova və 1957-ci il təvəllüdlü Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı