Biləsuvarda dəhşətli yanaraq: 5 yaşlı uşaq öldü
08 aprel, 2017 14:26
Biləsuvar rayonunun Zəhmətabad kəndində ölümlə nəticələnən yanğın baş verib.
1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, aprelin 7-də saat 1 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndindəki evlərdən birində yanğın baş verib.
Hadisə nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Yanğın söndürüldükdən sonra 5 yaşlı Yağmurun yanmış meyiti tapılıb.
1news.az