Xəbərlər

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
07 aprel, 2017 23:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarındaisə 30-60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirlib ki, aprelin 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 250m3/s olmaqla ongünlük normanın53faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73m3/s olmaqla, ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 109m3/s təşkil edərək ongünlük normanın79 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, aprelin 7-dəKür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalmamüşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 21, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Şirvanda 2, Salyanda 20 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 397 sm (2016-cı il aprelin 07-də 460 sm), Şirvanda 297 sm (2016-cı il aprelin 07-də 357 sm), Salyanda 234 sm (2016-cı il aprelin 07-də 290 sm), Bankədə 193 sm (2016-cı il aprelin 07-də 218 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2016-cı il aprelin 07-də 171 sm) təşkil edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.