Azərbaycanlı turistlərə yeni səyahət paketləri təklif edilir
07 aprel, 2017 23:02
Belarusun Milli Turizm Agentliyi (MTA) Azərbaycan vətəndaşları üçün müxtəlif turizm paketləri hazırlayıb.
1news.az xəbər verir ki, bunu Trend-ə MTA-nın direktor müavini Yelena Liximoviç deyib.
Onun sözlərinə görə, azərbaycanlı turistlərə hərbi-tarixi turizm, eləcə də müxtəlif yaş kateqoriyaları üçün sanatoriya-kurort paketləri təqdim olunacaq. Bundan başqa, turizm agentliyi ekoloji marşrutlar üzrə səyahətlər təşkil edir.
Y.Liximoviç qeyd edib ki, 2016-cı ildə Belarusa 18 min Azərbaycan vətəndaşı səfər edib.
1news.az