Gizli yolla mobil telefonları ölkəyə gətirmək istəyən şəxs saxlanıldı
06 aprel, 2017 12:51
Gömrük işçiləri mobil telefonları gizli yolla ölkəyə gətirmək istəyən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mitsubishi Airtek” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən 12 ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az