“DisplayMate Technologies” şirkətinin ekspertləri “Samsung” tərəfindən təqdim edilmiş qabaqcıl “Galaxy S8” smartfonunun ekranını müasir mobil qurğular arasında “ən yaxşı displey” adına layiq görüblər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Koreya Respublikasının firmasının istehsalı olan displeylər artıq bir neçə il ardıcıl olaraq bu ada layiq görülür.
“Apple” korporasiyasının yeni “iPhone” smartfonu üçün “Samsung”dan 70 milyondan çox bükük “OLED” panel sifariş etməsinin səbəbi indi məlum olur. “Galaxy S8” smartfonunun displeyi əvvəlki modellərlə müqayisədə böyük ölçüyə malikdir, tərəflər nisbəti fərqlidir, elastik “OLED” alt qatlığı və “Gorilla Glass 5” qoruyucu şüşə ilə təchiz edilib. Bundan başqa, “Samsung”un displeyi parlaqlıq göstəricisinə görə “LG G6” qurğusunun displeyini geridə qoyur.
Ekspertlər bildirirlər ki, “Samsung”un displeyi 2960x1440 (3K) təsvir ölçüsünə, 1020 nit parlaqlığa, ən yüksək kontrastlıq əmsalına malikdir.
1news.az