Xəbərlər

Dilbərin yaxın rəfiqəsi: Onun yoxluğuğunu qəbul etmək ağırdır
06 aprel, 2017 10:00

“Dilbər çox parlaq, mehriban və həssas qız idi. O, hər kəsə kömək edərdi”.

Bu haqda 1news.az-a Peterburq metrosunda törədilən qanlı terror qurbanı olmuş Dilbər Əliyevanın yaxın rəfiqəsi – Türkay Cəfərli söyləyib:

“O, həyatsevər idi. Onun həyatla bağlı çoxlu planları vardı – psixoloq olmaq istəyirdi, bu sahə üzrə də təhsil alırdı.

Dostları onu Dilya deyə çağırardı. Onun tam adını çox nadir hallarda söyləyərdilər. Dilya Sankt-Peterburq şəhərini çox sevərdi. Biz onunla bir çox tarixi məkanlarda gəzərdik, şəkillər çəkdirərdik”.

“Onu yaxından tanıdığım üçün deyə bilərəm ki, qısa həyat sürməsinə baxmayaraq Dilbər qarışqanı belə incitmədi. Dilbəri tanıyan hər kəs onu çox sevərdi. O, yaxşı psixoloq olmaq istəyirdi, karyera qurmaq, daha sonra isə ailə həyatı qurmaq istəyirdi. O, həyatdan belə köçmək istəməzdi... onun yoxluğunu qəbul etmək çox ağırdır. Bu, onun yaxınları və ailəsi üçün də ağır itkidir.

Bu gün məsciddə oldum, onun ruhu üçün dualar etdim.

Mən onu çox sevirdim... sadəcə bir söz deyə bilərəm – Allah Dilbərin bütün yaxınlarına və ailəsinə səbr versin!”, - kədərdən boğulan rəfiqəsi deyir.

 

Türkay və Dilbərin sosial şəbəkədə şəxsi yazışmasından.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda terror aktı törədilib. Faciə zamanı 14 nəfər həlak olub ki, bunlardan 13-ü sıravi vətəndaş, bir nəfər isə terrorçu-kamikadze – Akbarcan Cəlilovdur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.