Taxıl zəmisində 10 kiloqramdan artıq narkotik maddə tapıldı
06 aprel, 2017 21:28
Cəlilabadda taxıl zəmisində xeyli miqdarda narkotik maddə aşkar edilib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ əməkdaşları tərəfindən Xanəngah kəndi ərazisindəki taxıl zəmisinə baxış keçirilib.
Baxış zamanı orada gizlədilən 6 kiloqram 775 qram heroin və 3 kiloqram 530 qram tiryək aşkar edilərək götürülüb.
1news.az