Xəbərlər

Əli Hacızadə Avropanın və ABŞ-ın kürdlərin Kərkükü türkmanlardan qoparmaq cəhdlərinə niyə göz yumduqları haqda
06 aprel, 2017 19:46

Son zaman İraqın Kərkük şəhərində türkmanların onu “İraq Kürdüstanının” bir hissə etmək cəhdlərinə qarşı kütləvi etiraz aksiyaları müşahidə olunur.

1news.az-ın verdiyi məlumata əsasən, The Great Middle East layihəsinin rəhbəri, politoloq Əli Hacızadə “Kərkük partlamağa hazır Yaxın Şərqin kiçik modeli qismində” məqaləsində Kərkükdə cərəyan edən hadisələri qiymətləndirib.

“İraqın qədim Kərkük şəhəri türk mədəniyyətinin və tarixinin əsas mərkəzlərindən biri sayılır. Bundan əlavə, şəhər neftlə zəngin olan bir bölgədə yerləşir. Kərkükdə türkmanlarla yanaşı kürdlər və ərəblər yaşayır. Hələ Səddam Hüseynin rəhbərliyi dövründə rejim şəhərin demoqrafik mənzərəsini dəyişməyə çalışıb. Başqa sözlərlə, İraqın digər bölgələrindən köçürülən sünni ərəblərin sayəsində Kərkükü ərəbləşdirmək cəhdi olub”, - deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, 2003-cü ildə Bağdadın süqutundan sonra kürd silahlı qüvvələri amerikalıların razılığı ilə şəhərə daxil olaraq onu işğal ediblər.

“İlk olaraq kürd dəstələri (1991-ci il kürd üsyanı zamanı olduğu kimi) məhkəmələrin, notariusların və digər dövlət müəsissələrinin arxivlərini yox etməyə (yandırmağa və naməlum istiqamətə çıxarmağa) başladılar. Bu vandalizm kortəbii bir addım yox, praktiki məqsəd daşıyan plan idi. Bununla şəhərin demoqrafik mənzərəsinin kürdlərin xerinə dəyişdirilməsinə zəmin yaradılırdı. Sahibkarlar və əhalinin tərkibi haqda məlumatlar yox edilmişdi. Bu da öz növbəsində sakinlərin hansısa evin və ya torpaq sahəsinin onlara məxsus olduğunu sübut etməsini mürəkkəbləşdirdi.

İraqda mərkəzi hakimiyyət formalaşandan sonra rəsmi Bağdad Kərkükü öz nəzarətinə aldı. Lakin 2014-cü ildə ölkənin əhəmiyyətli hissəsi Kərküklə birgə İŞİD-in nəzarətinə keçdi. Həmin ilin iyun ayında İraq ordusu döyüşsüz şəhəri tərk etdi. İyunun 12-də şəhər, İŞİD-dən müdafiə bəhanəsi ilə kürd muxtariyyatı tərəfindən işğal olundu”, - deyə Ə.Hacızadə qeyd edir.

Politoloqun fikrincə, məhz o dönəmdən bu yana kürd müxtariyyatı (de-fakto İraqın şimalında yerləşən və mərkəzi Ərbil olan müstəqil dövlət) hər-cür üsulla şəhəri və onun ətrafını ələ almağa çalışır.

“Kürdlər Kərkükdə, həmçinin onların nəzarətində olan Şimali İraqın və Suriyanın rayonlarında mütəmadi olaraq türkman və ərəblərə qarşı etniki təmizləmə aparır. Təəcüblü haldır ki, dünya ictimaiyyəti və ilk növbədə, kürd silahlı dəstələrini dəstəkləyən ABŞ, Avropa, kürdlərin öz qonşularına qarşı tətbiq etdiyi etnik təmizləmə siyasətini görməməzlikdən qəlirlər. İraqın və Suiryanın digər hissələrindən fərqli olaraq kürdlər Kərkükü digər millətlərdən təmizləməyi bacara bilmədilər. Lakin proses sistematik xarakter daşıyır və ilk olaraq, şəhərin ən təhsilli kəsimini təşkil edən türkmanlara qarşı, qəddar zorakılıqla müşaiyət olunur.

Kürdlərin Kərkük ekspansiyasının ən pik nöqtəsi isə şəhərin inzibati binalarında kürd muxtariyyatının bayraqlarının qaldırılması oldu. Bu addım şəhərin türkman və ərəb icmaları tərəfindən mənfi qarşılanmaqla birgə Bağdadın da etirazına səbəb oldu. Lakin rüşvət və məzhəb ziddiyyətlərində batan İraq höküməti qəzəbli bəyanatlar verməkdən başqa nə isə etmək iqtidarında deyil. Bu da kürdlərin Kərkükdə etdiklərinə görə cəzasız qalması və onlar üçün başladılan prosesin sona çatdırılması üçün şərait yaradılması anlamına gəlir. Proses isə Kərkükdən bütün qeyri-kürd əhalinin qovulması və şəhərin gələcəkdə müstəqil dövlətə çevirmək istədikləri, kürd muxtariyyatına birləşdirilməsi məqsədini daşıyır.

Son olaylarla bağlı Türkiyə XİN-i də narahatlığını bəyan edib, lakin praktika göstərir belə vəziyyətlərə bəyanatlarla iş bitmir. Əgər beynəlxalq cəmiyyət və ilk növbədə bölgədə kürd güclərinə himayədarlıq edən ölkələr, öz səsləndirdikləri prinsiplərdən qaynaqlanaraq kürdlərin nəzarəti altında olan ərazilərdə etniki təmizləmələrin qarşısını almasa, Kərkükdə üçətərəfli qanlı etnik münaqişə başlaya bilər. Və tökülən qana görə tam məsuliyyəti öz vaxtında bu prosesi dayandıra biləcəyi halda bunu etməyənlər daşıyacaq”, - deyə mütəxəssis qeyd edib.

1news.az  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.