Qədimi kasa hərracda 29,4 milyon dollara satılıb
06 aprel, 2017 17:11
Çinin Honqkon xüsusi inzibati ərazisində “Sotheby's” hərracında yaz satış kampaniyası davam edir.
Çin KİV-ləri xəbər verir ki, hərracda Çində Min sülaləsinin hakimiyyəti dövründən (1368–1644-cü illər) qalmış saxsı kasa 229 milyon Honkonq dollarına (29,4 milyon ABŞ dolları) satılıb.
Üzərində mavi rəngdə çiçək, balıq və yosun təsviri olan saxsı kasa Min sülaləsi dövrünə aid ən baha ikinci kasa hesab olunur.
AZƏRTAC