Qazax sakini kəsdiyi ağacın qurbanı oldu
06 aprel, 2017 16:54
Qazax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 5-də Qazax şəhərində yerləşən mebel fabriklərindən birində dülgər işləyən Etibar Məcidov ağackəsən aparatla işləyən zaman ehtiyatsızlıqdan kəsdiyi ağacın bir hissəsi onun sinəsinə dəyib və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az