Xəbərlər

Merkel: Almaniya Azərbaycanın demokratiya və hüquqi dövlət olaraq inkişafında etibarlı tərəfdaşdır
06 aprel, 2017 15:07

Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Əziz cənab Əliyev.

Ölkələrimiz arasında 25 il bundan əvvəl diplomatik əlaqələr qurulmuşdur. İkitərəfli əlaqələrimiz qədim tarixə malikdir. İki yüz il bundan əvvəl ilk şvab mühacirləri müasir Azərbaycanın ərazisində məskunlaşmışlar. Münasibətlərimizin canlı və hərtərəfli olduğunu 2016-cı ilin iyun ayında Almaniyaya etdiyiniz səfərinizlə birmənalı olaraq təsdiq etdiniz.

Almaniya Sizin ölkəmiz ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Avropanın dəyərlər icmasına qoşulmaq iradənizi alqışlayır. Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiyanın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaqdır.

Mən əminəm ki, Azərbaycan bütün region kimi yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcəkdir. Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi, gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək və həmsədrlərin səylərini dəstəkləyəcəkdir.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə mən Azərbaycana sülh, rifah, ölkələrimizə isə etibarlı əməkdaşlığın uğurlu davam etdirilməsini və genişləndirilməsini arzu edirəm”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.