İki uşaq atası özünü öldürdü
04 aprel, 2017 23:35
Balakəndə kişi intihar edib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 4-ü axşam saatlarında rayon Qaysa kəndində qeydə alınıb.
Kənd sakini, 1967-ci il təvəllüdlü Rəfayıl Əli oğlu Nuriyevin meyiti yaşadığı evin pilləkən qəfəsinin tavanından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. Araşdırma zamanı iki övlad atası olan 50 yaşlı Rəfayıl Nuriyevin intihar etməsi məlum olub. Məlumatda bildirilir ki, Rəfayıl Nuriyev son illər əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
1news.az