Cəlilabad sakini həmkəndlisini qətlə yetirib
05 aprel, 2017 20:56
Cəlilabad rayonunda qətl hadisəsi törədilib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 5-də Cəlilabad rayonunun Sərhədabad kəndində kənd sakini Əli Əliyev münaqişə zəminində həmkəndlisi Nemət Aslanovu bıçaqla qətlə yetirib.
Hadisəni törədən Ə.Əliyev könüllü Rayon Polis Şöbəsinə gedərək istintaqa təslim olub.
Hadisənin təfərrüatları ilə bağlı məlumat verilmir. Faktla bağlı araşdırma aprılır.
1news.az