Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində aprelin 3-dən 7-dək Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində “Polis Əməkdaşlığı Proqramı” üzrə “Kibercinayətkarlıqla mübarizə” mövzusunda seminar keçirilir.
1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, tədbirdə Almaniya Federal Kriminal Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin mütəxəssisləri iştirak edirlər.
Ekspertlər tərəfindən respublika Daxili İşlər Nazirliyinin aidiyyatı xidmətlərinin seminara cəlb olunmuş bir qrup əməkdaşına kibercinayətkarlıqla mübarizə mövzunda mühazirələrin oxunması, bu sahədə alman həmkarlarımızın qazandığı müsbət təcrübənin öyrənilməsinə, həmçinin xidməti fəaliyyətdə tətbiqinə, digər aktual məsələlərə dair müzakirələrin və ətraflı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
1news.az