Xəbərlər

Azərbaycanlı tanınmış ürək cərrahı Koreyada mükafata layiq görülüb - FOTO
05 aprel, 2017 16:30

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Dr. Kamran Musayev Koreyanın paytaxtı Seul şəhərində Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak edib.

1news.az xəbər verir ki, konfrans barədə fikirlərini bildirən Dr. Kamran Musayev Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin beynəlxalq əlaqələrə xüsusi diqqət ayırdığını deyib.

Onun sözlərinə görə, bu kimi beynəlxalq konfranslar kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradır:

“Asiyanın ən tanınmış kardioloq və kardio-cərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizim üçün həm təcrübə mübadiləsi aparmağa imkan verdi, həm də Asiyanın aparıcı mütəxəssisləri ilə əməkdaşlıq etmək barədə razılıq əldə etdik. Bu ilin may ayında təşkil edəcəyimiz ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi barədə Asiyalı həmkarlarımıza məlumat verdik, gələcəkdə Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti ilə ortaq layihələr həyata keçirmək, ürək xəstəlikləri, onlardan qorunmanın yolları və müalicəsində tətbiq edilən yeniliklərlə bağlı təcrübə mübadiləsi aparmaq barədə razılıq əldə etdik.”

Konfransda “Aortal qapağın təmiri – Bakı təcrübəsi” (“Isolated aortic valve repair – Baku experience”) mövzusunda öz əməliyyatlarının nəticələrini təqdim edən Dr. Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən ürək-damar əməliyyatları, əldə edilmiş nəticələr barədə Asiyalı həmkarlarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Sevindirici haldır ki, Dr. Kamran Musayevin çıxışı təşkilat komitəsinin xüsusi mükafatına layiq görülüb. Yüzlərlə təqdimat arasından həmyerlimiz Dr. Musayevin mükafata layiq görülməsi, eyni zamanda ölkəmizdəki ürək-damar cərrahiyyəsinin yüksək səviyyəli inkişafının bariz göstəricisi kimi qəbul olunmalıdır.

Dr.Kamran Musayevin özü də “bu mükafatı ölkəmizin ürək-damar cərrahiyyəsinə verilmiş bir beynəlxalq mükafat olaraq qəbul etdim” deyə xüsusilə vurğulayıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.