Taekvondo üzrə komandamız daha bir mötəbər turnirdə çıxış edəcək.
1news.az-ın məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə bu dəfə Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yollanan komandamızın məqsədi, 21 yaşlı taekvondoçular arasında Avropa birinciliyində ölkəmizi təmsil etməkdir.
Komanda, əməkdar məşqçi Elnur Amanovun rəhbərliyi ilə qitə birinciliyinə 7 idmançı ilə qatılacaq. Belə ki, -58 kq çəki dərəcəsində Fizam Mehtiyev, Məmmədalı Quliyev (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Səid Quliyev (-74 kq), Paniz Esmaeilpour (-46 kq), Gülhanım Yeşildal (-53 kq) və Daria Şkurko (-67 kq) Bolqarıstana gedəcək heyətdə yer alıb.
Qeyd edək ki, aprelin 6-da başlayacaq yarış üç gün davam edəcək. Bu yarışda, beynəlxalq dərəcəli hakim Elşad Məmmədov ölkəmizi hakim qismində təmsil edəcək.
İdmançılarımız Vətənə aprelin 10-da dönəcəklər.
1news.az