Suriyada hava zərbələri nəticəsində 67 nəfər ölüb, 300-dən çox insan yaralanıb
04 aprel, 2017 16:37
Suriya Hərbi Hava Qüvvələrinin İdlib əyalətinin Xan Şeyxun şəhərinə endirdiyi hava zərbələri nəticəsində 67 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
1news.az “Report”a istinadən xəbər verir ki, bu məlumatı Suriya İnsan Haqları Müşahidə Təşkilatı yayıb.
Məlumata görə, bombardmandan sonra əhali boğulub. Bəşşar Əsəd rejimi tərkibində xlor qazı olan kimyəvi silahdan istifadə edib.
Xəbərdə bildirilib ki, şəhərə 26 dəfə havadan zərbə endirilib. Bombadan zəhərlənən bir kişi, qalanı qadın və uşaq olmaqla 15 nəfər müalicə edilmək üçün təcili yardım maşınları ilə Türkiyənin Hatay bölgəsinin Reyhanlı rayonundakı xəstəxanaya yerləşdirilib.
Bəşşar Əsəd rejimi isə bombardman zamanı kimyəvi silahdan istifadə olunduğunu təkzib edib.
1news.az