Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin ictimai-siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən təbriklər gəlməkdə davam edir.
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Mərkəzi Cənubi İtaliyada Azərbaycanın Dostları Assosiasiyasının katibi Cuzeppe Mariya Ferraro və həmin Assosiasiyanın vitse-prezidenti Fabritsio Kolamoniçi təbrik ediblər.
Həmçinin Malayziyanın Baş nazirinin xanımı Datin Paduka Seri Rosmah Mansor, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin direktoru Arye Qut və Cənubi Afrika Respublikasının “Paramaunt Group” şirkətinin sədri İvor İçokovitz də xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik məktubları göndəriblər.
Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.
AZƏRTAC